Home Mediateka İlin təqvimi

İlin təqvimi

Bayram günləri

TarixBayramQeydlər
1- 2 yanvar Yeni il bayramı Azərbaycan Respublikasında illərin hesablanması üçün Qriqori təqvimindən istifadə olunur, yanvarın 1-i və 2-i istirahət günü kimi qeyd edilir.
8 mart Beynəlxalq Qadınlar GünüBeynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar 1910-cu ildə Kopenhagendə keçirilmiş beynəlxalq konfransda qəbul olunub. Azərbaycanda həmin gün ilk dəfə 1917-ci ildə bayram edilib. 1965-ci ildə Azərbaycan SSR-də martın 8-i iş günü hesab olunmayan bayram elan edilib. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i bayram statusunu saxlayıb.
20-21 martNovruz bayramıNovruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Baharın ilk günü təqvimdə Günəşin illik dövr etməsinin başa çatdığını göstərir. Əmək Məcəlləsinə 08.12.2006 tarixli dəyişikliklə beş gün qeyri-iş günü hesab olunur.
May 9, 2019Faşizm Üzərində Qələbə Günü1945-ci ilin bu günü keçmiş SSRİ-də mərkəzi radio ilə faşist Almaniyasının tam təslim olması barədə akt oxunub və müharıbə başa çatıb.
May 28, 2019Respublika Günü1918 -ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb və 23 ay yaşayıb. 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.
15 iyun Milli Qurtuluş Günü1993-cü il iyunun 15-də Heydər Əliyev hakimiyyətə qayıdıb, parlamentin sədri seçilib. 1997-ci ilin iyun ayında Milli Məclis həmin günü bayram elan edib.
26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri GünüAzərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə — əlahiddə korpus yaranıb. 22.05.1998 tarixli Prezident Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr Günü elan edilib.
18 oktyabr Dövlət Müstəqilliyi GünüAzərbaycan Respublikası Ali Sovetinin  1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edilib. Həmin tarix hər il Milli Müstəqillik Günü kimi qeyd edilir.
9 noyabr Dövlət Bayrağı GünüAzərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilib, 1920-ci ilin aprelinə qədər dövlət rəmzi olub. 17.11.2009 tarixli Prezident Sərəncamına əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.
12 noyabr Konstitusiya Günü1995-ci il noyabrın 12-də keçirilmiş referendumda Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Əmək Məcəlləsinə 08.12.2006 tarixli dəyişikliklə iş günü hesab edilir.
17 noyabr Milli Dirçəliş GünüErmənistan rəhbərliyinin və Kremlin əməllərinə etiraz olaraq, 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında ictimaiyyətin müddətsiz mitinqi başlanıb. 1992-ci ildən noyabrın 17-si Milli Dirçəliş Günü kimi qeyd edilir. Əmək Məcəlləsinə 08.12.2006 tarixli dəyişikliklə iş günü hesab olunur.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüAzərbaycan Respublikası parlamentinin 25.12.1991 tarixli qərarı ilə 31 dekabr dünya azərbaycanlılarının milli həmrəylik günü elan edilib.

Dini bayramlar

TarixBayramQeydlər
Ay təqviminə görə dəyişirRamazan Bayramı1993-cü ildən bu bayram dövlət səviyyəsində 2 gün ərzində qeyd edilir.
Ay təqviminə görə dəyişirQurban BayramıQurban bayramı müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Onu müsəlman (Hicri-qəməri) təqviminin 12-ci ayı olan Zilhiccənin 10-cu günü qeyd edirlər: Məkkəyə həcc dövründə qurbanlıq heyvanlar kəsirlər. Bayram 2 gün davam edir.

Xatirə günləri

TarixBayramQeydlər
20 yanvar Ümumxalq Hüzn Günü1990-cı ilin 20 yanvarında SSRİ rəhbərliyinin siyasətinə etiraz edərək Bakının küçələrinə və meydanlarına çıxan xalq kütlələrinə qarşı sovet ordusu hissələrinin yeridilməsi nəticəsində şəhid olanların xatirəsi yad edilir.
26 fevral Xocalı Soyqırımı Günü1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoalayının iştirakı ilə Azərbaycan xalqına qarşı törətdikləri Xocalı cinayəti qurbanlarının xatirəsi yad edilir.

Xüsusi günlər

TarixBayramQeydlər
2 fevral Gənclər Günü 01.02.1997 tarixli Prezident Sərəncamı ilə təsis olunub.
5 mart Bədən Tərbiyəsi və İdman Günü 04.03.2005 tarixli Prezident Sərəncamı ilə təsis olunub.
10 mart Milli Teatr Günü 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası ilk dəfə M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasını tamaşaya qoyub. 01.03.2013 tarixli Prezident Fərmanı ilə bu tarix bayram günü elan edilib.
27 mart Elm Günü 09.04.2018 tarixli Prezident Sərəncamı ilə təsis olunub.
18 iyun Milli İnsan Hüquqları Günü17.06.2007 tarixli Prezident Fərmanı ilə təsis olunub.
22 iyul Milli Mətbuat və Jurnalistika Günü 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi Bakıda ana dilində “Əkinçi” qəzetinin ilk sayını nəşr edib. 05.07.1991 tarixli Prezident Fərmanı ilə həmin gün bayram elan olunub.
1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü2001-ci ilin avqust ayına kimi Azərbaycanda yeni əlifbaya keçid təmin olunub. 09.08.2001 tarixlı Prezident Sərəncamı ilə 1 avqust bayram günü elan edilib.
2 avqust Azərbaycan Kinosu Günü 1898-ci il avqustun 2-də Bakıda ilk açıq film nümayişi keçirilib. 18.12.2000 tarixli Prezident Sərəncamı ilə həmin gün bayram elan olunub.
15 sentyabr Bilik Günü 21.08.2005 tarixli Prezident Fərmanı ilə ölkənin təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və həmin gün bayram elan edilib.
18 sentyabr Milli Musiqi Günü 18 sentyabr (1885) Azərbaycan musiqi mədəniyyətinin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. 18.09.1995 tarixli Prezident Fərmanı ilə həmin gün Milli Musiqi Günü elan edilib.
6 noyabr Azərbaycan Televiziyası və Radiosu GünüBakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılıb, 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlayıb. Həmin il noyabrın 6-da ilk radio verilişi efirə çıxıb.

Festivallar

TarixFestivalQeydlər
11 yanvar-13 yanvar Bakı Qəhvə və Çay FestivalıFestivalın məqsədi: Çay və qəhvə sənayəsinin, biznesin inkişafı, təcrűbə műbadiləsi. Festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə (Specialty Coffee Association) milli çempionat keçirilir, şirkətlərin, məhsulların, avadanlıq və aksesuarlarin sərgiləri, seminar və master-klasslar, əyləncə tədbirləri təşkil olunur.
2 fevralGabalaxyMusiqi və səyahəti sevənlər üçün bu festival Qəbələdə, açıq səma altında keçirilir.
25 iyul-28 iyulJara – 2019Dəniz sahilində keçirilən beynəlxalq musiqi festivalında məşhur şou-biznes nümayəndələrinin çixışlarını 10 min tamaşaçı izləyir.
26 avqustIV Beynəlxalq Mürəbbə FestivalıFestival Qəbələdə təşkil olunur. Buraya onlarla ölkədən (bu il – 30-dan çox) usta şirniyyatçılar, mürəbbə istehsal edən şirkətlər toplaşır.
7 oktyabrAlma BayramıBu festival altıncı dəfə Qubada keçirilir. Bayramda etnoqrafik kompozisiyalar, milli rəqslər nümayiş etdirilir, müxtəlif alma növləri, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər sərgilənir.
18 oktyabr-27 oktyabrBakı Jaz FestivalıBakı Beynəlxalq Caz Festivalı - seminarlar və master-klasslardan, “Uşaqlar üçün caz günü”ndən, müsabiqələrdən, sərgilərdən, dünya caz ulduzlarının şəhərin ən böyük zallarında, restoranlarında konsertlərindən və başqa tədbirlərdən ibarət forum, musıqı bayramıdır.
3 noyabr-4 noyabrXIII Nar FestivalıFestival 2005-ci ildən keçirilir. Burada nardan hazırlanan maraqlı əl işləri, milli musiqi, muğam və folklor nümunələri nümayiş olunur, yarmarka, yerli fermerlərin yetişdirdikləri nar növləri və onlardan hazırlanan məhsulların sərgisi, narla bağlı müxtəlif müsabiqələr və oyunlar təşkil edilir.
4 noyabr-5 noyabrXurma Festivalı Balakəndə keçirilən bu festivalda azsaylı xalqların folklor kollektivlərinin çıxışları, mədəniyyət nümunələrinin sərgiləri təşkil olunur, xurmadan hazırlanmış kulinariya məhsulları və kompozisiyalar, kənd təsərrüfatı məhsullarının sərgiləri nümayiş etdirilir.
Dekabrın ortalarıV Beynəlxalq Şərab FestivalıFestival Gəncədə keçirilir, burada Azərbaycanın rayonlarından müəssisə və fərdi sahibkarlarla yanaşı, dünyanın şərabçılıq sahəsində ən qabaqcıl ölkələrinin nümayəndələri iştirak edirlər.

Beynəlxalq idman tədbirləri

Tarixİdman tədbiriQeydlər
08-09 fevralButa Golden kubokuAtçılıq idmanı üzrə, konkur (Bakı)
15-16 fevralA.Antipovun xatirəsinə həsr olunmuş memorial Atletika, tullanma üzrə (Bakı)
16-17 fevralDünya kubokuBatut gimnastikası və tamblinq üzrə
23-24 fevralHəzi Aslanov ənənəvi turniriCüdo üzrə, yeniyetmələr üçün (Bakı)
24 fevralStorm Kapoeyra kubokuKapoeyra üzrə (Bakı)
10 mart“Baku Open” turniriKapoeyra üzrə (Bakı)
14-17 martDünya kubokuQadın idman gimnastikası üzrə (Bakı)
16-17 mart“BAKU Open” turniriKarate üzrə (Bakı)
mart“Böyük İpək Yolu” turniriBoks üzrə (Bakı)
mart Beynəlxalq turnirFuttennis üzrə (Bakı)
06 aprelBeynəlxalq stolüstü tennis günü ilə bağlı festivalStolüstü tennis üzrə (Bakı)
24-25 aprelPeşəkarlar arasında turnir (K-1) Azərbaycan-Çeçenistan dünyaya qarşıKikboksinq üzrə (Bakı)
26-28 aprelDünya kubokuBədii gimnastika üzrə (Bakı)
26-28 aprelFormula 1 Azerbaijan Grand PrixAvtomobil idmanı (Bakı)
aprel“AGF Trophy” turniriBədii gimnastika üzrə (Bakı)
29 aprel-may 12Heydər Əliyevin xatirəsinə həsr olunmuş Avropa tennis turniri Tennis üzrə, 14-16 yaşlılar üçün (Bakı)
aprel-may“Bakı “Reqbi 7” festivalıReqbi üzrə, Bakı
01-04 mayHeydər Əliyevin xatirəsinə həsr olunmuş turnir Stolüstü tennis üzrə, yeniyetmələr üçün (Bakı)
02-05 mayAWPC üzrə turnirPouerliftinq üzrə (Bakı)
03-05 mayDünya kuboku Ciyutaido üzrə yeniyetmələr, gənclər, kişilər və qadınlar üçün (Bakı)
06-08 mayHeydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi turnir Universal döyüş üzrə, kişilər və qadınlar üçün (Bakı)
10-12 may“Böyük Şlem” turniriCüdo üzrə (Bakı)
11-12 mayHeydər Əliyevin xatirəsinə həsr olunmuş V Universiada Kyokuşinkaykan karate və ciyutaido üzrə, tələbələr üçün (Bakı)
13-14 mayBeynəlxalq turnirÇimərlik voleybolu üzrə (Azərbaycan)
14-17 mayDünya kubokuKişi idman gimnastikası üzrə (Bakı)
15-19 mayAvropa çempionatıAerobika gimnastikası üzrə (Bakı)
16-19 mayAvropa çempionatıBədii gimnastika üzrə (Bakı)
17-18 mayHeydər Əliyev kubokuAtçılıq idmanı üzrə, konkur; boks üzrə, yeniyetmələr üçün (Bakı)
17-19 mayKubok yarışıSəmti müəyyənetmə üzrə (Bakı-Quba-Xaçmaz)
20-30 may“Caspian Power Show” turniriStrongmen üzrə (Bakı)
May 29, 2019Avropa Liqası (final mərhələsi)Futbol üzrə (Bakı)
may“İpək Yolu” turniri (Azərbaycan-Çin görüşü)MMA (qarışıq döyüş sənəti) üzrə (Bakı)
mayDünya kuboku (1-ci mərhələ)Mas-restlinq üzrə (Bakı)
06-09 iyun“Azerbaijan İnternational 2019” turniriBadminton üzrə (Bakı)
17-19 iyunEEVZA çempionatı Çimərlik voleybolu üzrə (Azərbaycan)
28-29 iyunƏ.Səfərovun xatirəsinə həsr olunmuş memorial Atletika üzrə (Bakı)
iyun-iyul Baku Open turniriNərd üzrə (Bakı)
09-10 iyulAzərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnirJuboksinq Citsu (Biləsüvar)
20-28 iyulXV Avropa Gənclər Yay Olimpiya FestivalıKişi və qadın gimnastikası, atletika, basketbol, velosiped, həndbol, üzgüçülük, c üdo, tennis, voleybol, güləş üzrə (Bakı)
İyulBaku Open turniriFutvolley üzrə (Bakı)
iyul-avqust“Qızıl əjdaha” turniriUşu üzrə (Bakı)
24 iyul-1 avqustV.Həşimovun xatirəsinə həsr olunmuş uşaq turniriŞahmat üzrə (Bakı)
iyul-avqustEEVZA açıq çempionatıÇimərlik voleybolu üzrə (Azərbaycan)
15-18 avqustTuran OyunlarıAlpaqut üzrə (Qəbələ)
avqustBeynəlxalq turnir Stolüstü tennis üzrə, yeniyetmələr üçün (Bakı)
avqust “Baku Open 2019” turniriSindo-ryu və Pencak silat üzrə (Bakı)
06-07 sentyabrElite H&P Club kubokuAtçılıq idmanı, konkur (Bakı)
16-22 sentyabrDünya çempionatıBədii gimnastika üzrə (Bakı)
16-22 sentyabrPayız kuboku (1-ci turnir) Tennis üzrə, 18 yaşlılar üçün (Bakı)
20-30 sentyabr“BAKU-OPEN” Şahmat FestivalıŞahmat üzrə (Novxanı)
21-23 sentyabrQran-Pri Azərbaycan beynəlxalq yarışıSportinq üzrə (Bakı)
23-29 sentyabrPayız kuboku (2-ci turnir)Tennis üzrə, 18 yaşlılar üçün (Bakı)
24-29 sentyabr “Baku Masters” turniri Çimərlik voleybolu üzrə (Azərbaycan)
25-27 sentyabr Makkabi festivalıŞərq döyüş növləri üzrə (Bakı)
sentyabr“GymBala” turniriBədii gimnastika üzrə (Bakı)
sentyabr“Azerbaijan Open” açıq çempionatı Kikboksinq üzrə (Bakı)
sentyabr “Xəzər kuboku” Motokross üzrə (Bakı)
sentyabr-noyabrDünya kubokuZorxana və pəhləvan güləşi üzrə (Bakı)
17-21 oktyabrAzərbaycanın Müstəqilliyinin bərpa olunması gününə həsr olunmuş turnirTaekvondo üzrə (Bakı)
22-27 oktyabrDünya çempionatıFutzal üzrə (Bakı)
oktyabrBeynəlxalq seminarAykido üzrə (Bakı)
oktyabrDöyüş növləri dünya festivalıMuay Tay üzrə (Bakı)
oktyabrAvrasiya çempionatıUşu üzrə (Bakı)
11-13 noyabrPeşəkarlar arasında II turnir (K-1, Lokik)Kikboksinq üzrə, qadınlar üçün, (Bakı)
22-24 noyabrII dünya çempionatıAlpaqut üzrə (Bakı)
07-08 dekabrDünya kubokuJuboksinq Citsu (Bakı)
09-22 dekabrÇövkən milli atüstü oyunu üzrə Prezident kubokuAtçılıq idmanı üzrə, konkur (Bakı)
13-15 dekabrBeynəlxalq festivalVinq Çun döyüş sənəti üzrə (Bakı)
24-27 dekabr41-ci dünya çempionatına seçmə yarışıQalaqapı üzrə (Bakı)
dekabrAbbas Ağalarov kuboku 2019Boks üzrə (Bakı)

Beynəlxalq sərgilər və konfranslar

TarixSərgi/KonfransQeydlər
14-15 fevralDavamlı inkişafın sosial-iqtisadi problemləri (konfrans)https://www.esd-conference.com/conference/38
20-22 fevralCaspian Realty (sərgi)Daşınmaz əmlak və investisiya sərgisində müxtəlif ölkələrdən şirkətlər iştirak edir.
04-06 aprelAİTF 2019 ( 18-ci səyahət sərgisi)Turizm industriyasını təmsil edən çoxsaylı şirkətlərin iştirakı ilə təşkil olunur.
06 aprel1-ci Xüsusi qayğıya ehtiyacı olan uşaqlar konqresiwww.ferqliferqler.az
15-17 aprelHOREX Caucasus 2019 (sərgi)Sayca 13-cü olan bu beynəlxalq sərgi otel, restoran və supermarketlərə həsr edilir.
16-18 aprelNarkotiklərlə Mübarizə üzrə 36-cı Konfranshttps://www.youtube.com/watch?v=-EYjDLKFBd8
25-27 aprelV Avropa İqtisadi KonqresiAzərbaycan, Türkiyə və Polşa universitetləri tərəfindən təşkil olunan konfransda dünya iqtisadi mühitinə inteqrasiya məsələləri müzakirə olunur.
29-30 aprelGənc tədqiqatçıların konfransıhttp://yric.az/
02 -03 mayV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuhttp://mct.gov.az/az/umumi-xeberler/forum-acilis
02-03 mayMüasir təbiət və iqtisad elmlərinin aktual problemləri (konfrans)https://gdu.edu.az/beyn%C9%99lxalq-elmi-konfrans-2/
07-08 mayAzərbaycanşünaslığın aktual problemləri üzrə X konfranshttps://bsu-uni.edu.az/az/announce/197
15-17 may13-cü kənd təsərrüfatı sərgisiwww.caspianagro.az
23-24 mayQafqazşünasların II Forumuhttp://www.science.gov.az/news/open/9667
29 may-1 iyunXXVI Xəzər Neft və Qaz sərgisiHər il keçirilən sərgi neft-qaz sahəsinin yüksək səviyyəli mütəxəssislərini, global energetika sektorunun aparıcı şirkətlərini bir araya gətirir.
19-21 iyunNadir şah Əfşara həsr olunmuş konfranshttp://www.science.gov.az/news/open/10137
19-23 iyunQloballaşma dövründə Azərbaycan və ümumtürk tarixinin actual problemləri http://www.science.gov.az/news/open/9975
12-14 sentyabr2-ci hədiyyələr və promo məhsulları sərgisiwww.promofair.az
12-14 sentyabr2-ci reklam və çap işləri sərgisiwww.adprint.az
10-12 oktyabr13-cü təhsil sərgisiwww.eduexpo.az
10-12 oktyabr13-cü Karyera sərgisiwww.careerexpo.az
17-18 oktyabrTürkdilli xalqların teatr ənənələri və müasir teatr dünyasında modifikasiya problemləri (konfrans)Konfrans görkəmli rejissor Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunur
22-25 oktyabrBakuBuild 2019 (sərgi)Bu ənənəvi beynəlxalq tikinti sərgisinə Avropa və Asiyadan şirkətlər toplaşır.
23-25 oktyabrRiyaziyyat və mexanikanın müasir problemləri (konfrans)http://www.imm.az/exp/konfranslar-2/
06-07 noyabr1-ci Tibb innovasiyaları sərgisi və forumuwww.medinex.az
06-07 noyabr1-ci Gözəllik industriyası sərgisiwww.beautyexpo.az
13-15 noyabr10-cu Yubiley Ətraf mühit sərgisiwww.caspianecology.az
21 noyabrİslam fəlsəfəsində Nəsimi fenomeni (konfrans)http://www.science.gov.az/news/open/10218
noyabrGender bərabərliyi və müasir Azərbaycan (konfrans)Konfransda gender bərabərliyinin təmin edilməsi problemləri müzakirə edilir.
03-06 dekabr25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransıwww.bakutel.az
4 dekabr2-ci Müzakirə Platformasıwww.techtalks.az