Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Makron, Meloni və Mertz ilə telefonla danışıb

ABŞ Prezidenti Donald Tramp iyulun 4-də Fransa lideri Emmanuel Makron və İtaliyanın Baş naziri Corciya Meloni ilə telefon danışığı aparıb.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Söhbətlərin müddəti və məzmunu ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Bundan əvvəl isə Tramp Almaniya kansleri Fridrix Mertz ilə telefonla danışıb. ABŞ Prezidenti telefon danışığı zamanı Ukraynadakı vəziyyəti, xüsusən də Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib.

Nəşrin məlumatına görə, Tramp Mertzlə söhbətində Kiyevə silahların çatdırılmasına heç bir öhdəlik götürmədiyini deyib.

Cümə günü səhər saatlarında Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius bildirib ki, son günlər telefon danışıqları zamanı kansler havadan müdafiə sahəsində Ukraynaya dəstək verilməsini qətiyyətlə müdafiə edib.

“Der Spiegel”in yazıb ki, hələ may ayında Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya “Patriot” sistemlərinin verilməsini təklif etmişdi.