Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski və Tramp arasında telefon danışığı olub

Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp telefon danışığı aparıblar.

 "Axios"a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp hava hücumundan müdafiə sahəsində Ukraynaya dəstək vermək istədiyini açıqlayıb.

“Prezident Tramp cümə günü telefon danışığı zamanı Ukrayna Prezidentinə bildirib ki, ABŞ Rusiya hücumlarının artması fonunda Ukraynaya hava hücumundan müdafiə sahəsində kömək etmək istəyir”, - qəzet məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, prezidentlər Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyaclarını müzakirə ediblər. Tramp tədarüklərdə mümkün gecikmələri yoxlamağa söz verib və kömək etməyə hazır olduğunu bildirib.

Nəşr yazıb ki, tərəflər həmçinin hava hücumundan müdafiə və digər silah növləri ilə bağlı məsələləri müzakirə etmək üçün ABŞ və Ukrayna nümayəndələri arasında görüşün keçirilməsini razılaşdırıblar.