Logo
help

Haqqımızda

Logo

Press klub haqqında

Biz bu işə on il vaxt sərf etmişik: həmkarlarımızla, müxtəlif ölkələrdəki icma nümayəndələri ilə görüşlər, tədbirlər keçirmışık, ideyanı dəfələrlə müzakirəyə çıxarmışıq, yoxlamışıq, sınaqdan çıxmayanı dəyişmişik, məlumat bazası yaratmışıq, vaxtaşırı onu təzələmişik; çünki jurnalist həyatı çox dinamikdir və həmişə yeniliklərlə doludur.

Azərbaycan Jurnalistləri üçün platforma

“Baku Press Klub” şəbəkəsi bu axtarışların, əməyin nəticəsidir. Bizim əsas məqsədimiz başqa ölkələrdə yaşayan və media sahəsində çalışan həmvətənlərimizin, habelə Azərbaycana peşəkar maraq göstərən xarici jurnalistlərin toplaşa biləcəyi platforma yaratmaqdır. Təbii ki, virtual Klubun saytı üz-üzə əyləşib bir fincan çay arxasında söhbətləşmək imkanı vermir. Amma o, uzaqdan ünsiyyət qurmaq, tanışlıq dairəsini genişləndirmək, biliklərini artırmaq, həmkarları ilə fikir və təcrübə mübadiləsi aparmaq istəyən şəbəkə üzvlərinə hər cür şərait yaradır. Burada hər kəs ehtiyac duyduğu köməyi tapacaq: Klubun mühüm funksiyalarından biri də media işçilərinə professional baxımdan dəstək olmaqdır.

Bizə necə qoşulmaq olar

Press-klub onun “qapısını döyən” media işçilərinin hamısının üzünə açıqdır. Buraya daxil olarkən sizdən nə yaşınızı, nə cinsinizi, nə milliyyətinizi soruşacaqlar; boyunuz və çəkiniz heç bir əhəmiyyət kəsb etmədiyi kimi, siyasi baxışlarınız da kimsədə sual doğurmayacaq. İkicə şey kifayətdir: media mənsubu olmağınız və Azərbaycanla maraqlanmağınız. Bu marağı mümkün qədər dolğun təmin etmək üçün isə sayt, şəbəkə üzvlərinin birbaşa və çoxtərəfli ünsiyyətinə şərait yaradan Əlaqə bölümündən bizə qoşula bilərsiniz