İranda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmaların sayında artım olduğuna görə hökumət 6 günlük karantin rejimi tətbiq edib.

APA-nın xəbərinə görə, artıq karantin rejimi ötən gündən icra olunur.

Məlumata görə, İranda COVID-19 infeksiyasının “Delta” ştammının aşkarlanmasından sonra Tehran və Əlburz əyalətlərində vacib müəssisələrdən başqa, hər yerin fəaliyyəti dayandırılıb, ofislər, teatrlar və idman zalları bağlanıb.