Yaponiyada keçiriləcək Tokio 2020 Yay Olimpiya Oyunları üçün akreditasiyadan keçənlər arasında yeni tip koronavirusa yoluxanları sayı 79-a çatıb.

Təşkilat Komitəsi “Tokio 2020” çərçivəsində ölkəyə gələn daha 8 nəfərdə Covid-19 virusu aşkarlandığını açıqlayıb. Virusa yoluxanlar arasında bir idmançı da var.

Qeyd edək ki, ötən il keçirilməli olan yarışlar pandemiya səbəbindən təxirə salınmışdı. Beləliklə, Tokio 2020 Yaya Olimpiya Oyunları iyulun 23-də başlayacaq.(Trend)