Rusiya şirkətləri azad edilmiş Azərbaycan ərazilərinin bərpasında iştirak etməyə hazırdır

Rusiyanın iqtisadi operatorları postkonflifkt ərazilərin bərpasında iştirak etməyə hazırdırlar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, Rusiyanın biznes missiyası bu il iyulun 23-də Bakıda səfərdə olub.

“Rusiyanın yerli şirkətlər qrupu 17-18 noyabr tarixlərində yenidən Azərbaycana səfər etməyi planlaşdırır. Praktiki planda həyata keçirilən əməkdaşlığa nümunə olaraq oktyabrın 4-də Cəbrayıl rayonunda “KamAZ” və “Gəncə Avtomobil Zavodu”nun birgə servis mərkəzinin təməlinin qoyulmasını göstərə bilərik. Biz əlbəttə ki, Rusiya biznesinin Azərbaycanda genişlənməsində maraqlıyıq. Bu cür birgə işə Moskva və Bakının münasibətlərinin vacib tərkib hissəsi kimi baxırıq”, – Rusiya XİN rəsmisi vurğulayıb.