Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya naziri Bakıya gəlib

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) başçısı Aleksandr Kurenkov Bakıya gəlib. TASS qurumun mətbuat xidmətinə istinadla yazır ki, məqsəd Beynəlxalq Mülki Müdafiə Təşkilatının icra şurasının iclasına qatılmaqdır.

Gündəmdə duran əsas məsələnin qurumun baş katibinin seçilməsi olduğu bildirilir.

Bu qurumda azı 60 ölkənin fövqəladə xidmətləri birləşir.

Rusiyalı nazirin Bakı bir sıra ikitərəfli görüşlər keçirəcəyi qeyd edilir.

Rusiyanın bəzi "Telegram" kanalları bu səfərin məqsədinin Bakıda qeyri-rəsmi danışıqlar aparmaq, Rusiya-Azərbaycan gərginliyini aradan qaldırmaq olduğunu iddia edib.