Gürcüstanda son sutkada daha 788 nəfərdə koronavirus aşkarlanıb, 1 206 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, indiyədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 313 742-yə, sağalanların sayı isə 295 458-ə yüksəlib.

Ötən 24 saat ərzində xəstəlikdən 20, ümumilikdə isə 4 183 nəfər vəfat edib.(Report)