Respublika İncəsənət Gimnaziyasında əyani tədris martın 9-dək dayandırılıb.

Trend-in məlumatına görə, əyani tədrisin dayandırılma səbəbi məktəbdə COVİD-19-a yoluxma hallarının qeydə alınmasıdır.

Dərslər distant formada davam etdiriləcək.

Qeyd edək ki, eyni səbəblə əlaqədar olaraq, Bakıda 82 saylı tam orta məktəbdə də əyani tədris dayandırılıb.