Logo
news content

Pezeşkianı gözləyən təhlükələr
Yeni prezident mühasirə vəziyyətindədir

İranda prezident seçkisi hakimiyyət daxilindəki bir sıra problemləri üzə çıxarıb. 

Məlum olub ki, hakimiyyət daxilində mövcud olan iki qrupdan birinin - mühafizəkarların öz içində belə fikir ayrılığı var. Əks halda, ali rəhbər ayətullah Seyid Əli Xaməneinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili ilə parlament sədri Məhəmmədbaqer Qalibaf prezidentliyə namizədliklərini irəli sürməzdi. Belə çıxır ki, onların hər birinin arxasında mühafizəkarların fərqli qüvvəsi durur. Elə səsvermənin ikinci turuna bir gün qalmış Qalibafın öz tərəfdarlarını Səid Cəliliyə səs verməyə çağırması da ziddiyyətin göstəricisi sayıla bilər. 

O biri iki namizəd kimi Mustafa Purməhəmmədin oyundan çıxmamasını da bu münasibətin təzahürü saymaq olar. 

Sual yaranır: Onlar bu davranışı ilə ali rəhbərə hörmətsizlik edir? Əlbəttə, yox. Əslində, Xamənei tərəfindən bu məsələ ilə bağlı təklif almaqları onlar üçün böyük şərəf sayıla bilər. Ancaq ali rəhbərə bu lazım deyil. Onun üçün əsas olan seçki süzgəcindən keçən iddiaçıların və sonra namizəd olaraq qeydə alınanların kimliyidir. Qalan məsələ Xamənei və ali rəhbərliyin oyuna tamaşası üçündür. 

Onun bu siyasi kampaniyada ikinci hədəfi seçicilərin sayının çox olması idi. Birinci turda o, bunun az olduğunu özü də etiraf edib. Deyilənə görə, ikinci turda səsverməyə gələn seçicilərin sayı 10 faiz artıb. 

Məsud Pezeşkian seçiləndən sonra Xaməneiyə təşəkkür ünvanlayıb. Bildirib ki, onun dəstəyi ilə bu vəzifəyə seçilib. 

İran hakimiyyəti daxilində çox maraqlı vəziyyət...

lock icon

Yazını tam oxumaq üçün