İranı kim parçalayır?
Etnik ayrı-seçkilik salanlar özləri bunun parçalanmaya səbəb olacağını deyirlər
23 Oktyabr 2024
Ancaq prezidentliyinin yüz günlüyünə yaxınlaşsa da, Azərbaycan türklərinə dillə bağlı verdiyi vədlərin heç birinə əməl etməyib. Hətta bu istiqamətdə bir sərəncam imzaladığı belə quzeyli-güneyli Azərbaycan ictimaiyyətinə məlum deyil. Əksinə, Azərbaycan türkcəsinə hücum daha da sərtləşib.
Bu günlərdə İran Aviasiya Şirkətinin sözçüsü Cəfər Yazərlu Şərqi Azərbaycana məxsus “Ata” aviaşirkətinin təyyarə bələdçisinin “xoş gəldiniz” anonsunun türk dilində səsləndirməsində heç bir xüsusi niyyət olmadığını deyib: “Bundan sonra istənilən anlaşılmazlığın qarşısını almaq üçün İran Hava Yolları Şirkətinə məxsus sərnişin təyyarələrində fars və ingilis dillərindən başqa heç bir dildə sərnişinlərə "xoş gəlmişsiniz" deyilməməlidir. Habelə qeyd olunan iki dildən başqa qonaqlar heç bir dildə qarşılanmamalıdır”.
Bu, diskriminasiyadır. Azərbaycan Milli Hərəkatının fəallarının indiki şəraitdə fars dili ilə yanaşı Azərbaycan türkcəsinə rəsmi dövlət dili statusu verilməsi tələblərində haqlı olduqları təsdiqlənir. İran konstitusiyasına əsasən, regionlarda yerli dillərdən istifadə etmək sərbəstdir. Bu baxımdan, Azərbaycan türkcəsinin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Həmədan, Astara, Mərkəzi, Qəzvin, Zəncan, Gilan, İsfahan əyalətlərində, türklər...