Logo
news content

İkinci tur: qazanan rejim olacaq – AKTUAL ŞƏRH
Pezeşkian və Cəlili ali rəhbərin tapşırıqlarını daha yaxşı icra etməyə çalışacaqlar

Regional və qlobal səviyyədə əhəmiyyətsiz hadisə sayılsa da, iyunun 28-də İranda keçirilən seçkilər, hər halda, diqqətdən kənarda qalmayıb. 

Ölkə prezidenti İbrahim Rəisinin faciəli ölümündən sonra yeni prezident seçkisinin keçirilməsi Konstitusiyanın tələbi idi. Hakimiyyət isə bu siyasi kampaniyadan həm də nüfuzunu nümayiş etdirmək üçün istifadə edir. Çünki cəmiyyətin artıq mövcud rejimə etibar etmədiyi, xalqın hökumətə etimadının azaldığı sirr deyil. Başqa sözlə, cəmiyyətlə hakimiyyət arasında bağlar sarsılıb. Tehran bunun əksini sübut etmək üçün bu seçkidə iştirakçılığı artırmağa çalışdı. Rejimdaxili monolitliyi nümayiş etdirmək üçün bu, vacib addım idi. Bununla rejim rəhbəri cəmiyyətin onun siyasi çağırışına maraq göstərdiyini beynəlxalq ictimaiyyətə göstərir. Hələ də güc və qüvvə olduğunu, sanksiya və təzyiqlərin onu sarsıtmadığını nümayiş etdirməyə çalışır. Bu siyasi kampaniya həm də Xamənei-SEPAH cütlüyünün “möhkəmliyini və qüdrətini” göstərmək üçün yaranmış fürsət idi. 

İran Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermədə 24 milyon 735 min 185 nəfər, yaxud, ölkə daxilində qeydiyyata alınan seçicilərin 40 faizi iştirak edib. 58 min 600 seçki məntəqəsində namizədlərdən keçmiş səhiyyə naziri, islahatçıların təmsilçisi sayılan Məsud Pezeşkian 10 milyon 415 min 191 səs, yaxud, səslərin 43 faizini, İranın ali rəhbəri Seyid Əli Xaməneinin milli təhlükəsizlik şurasındakı nümayəndəsi Səid Cəlili 9 milyon 437 min 298 səs, yaxud 38 faiz, parlamentin sədri Məsud Qalibaf ...

lock icon

Yazını tam oxumaq üçün