Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

“RİA Novosti” xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskovun verdiyi məlumata görə, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub və Ermənistandakı son vəziyyət müzakirə olunub:

“Putin Ermənistanda qayda-qanun və sakitliyi qoruyub saxlamağın, vəziyyəti qanun çərçivəsində sahmana salmağın vacibliyini qeyd edib, bütün tərəfləri təmkinli olmağa çağırıb”.(Report)