““İsgəndər” raket komplesklərindən heç biri Dağlıq Qarabağ münaqişəsi vaxtı tətbiq olunmayıb”.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Bizdə olan obyektiv və etibarlı məlumatlara görə, o cümlədən obyektiv nəzarət sisteminin təsdiqlədiyi məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi zamanı heç bir “İsgəndər” raket kompleksi tətbiq olunmayıb”, deyə vurğulanıb.

 

Rusiya MN-dən bildirib ki, raketlər hamısı Ermənistan Silahlı Qüvvələrinin anbarlandadır.

Nazirlik hesab edir ki, Ermənistanın Baş nazirini  komplekslərin istifadəsi ilə bağlı yanıldıblar.(APA)