Çeçenistan rəhbəri Ramzan Kadırov açıqlama verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o sonuncu silahlı dəstənin 6 üzvünün də məhv edildiyini açıqlayıb.

“Respublikada quldur dəstələrindən sonuncusu da məhv edilib. Bu barədə prezident Putinə də hesabat vermişəm”- deyə Kadırov söyləyib.

O, Aslan Batyukayevin silahlı dəstəsinin məhv edildiyini xatırladıb.