Bolqar nəşri “Dnevnik” “Rusiya döyüş robotlarının insanlarla birgə ilk təlimləri haqda məlumat verir” başlıqlı xəbər dərc edib:

“Rusiya bildirir ki, təlimlər zamanı döyüş robotlarını insanlarla bir hərbi əməliyyatda ilk dəfə tətbiq edib. Bu, Belorusla birgə “Qərb-2021” təlimləri çərçivəsində baş verib. Müdafiə nazirliyinin məlumatına görə, “Uran 9”, “Nerexta” kəşfiyyat və atəş dəstəyi robotları müdafiə olunan bölmələrə kömək göstərir, mövqelərini dəyişən bəzi hissələri qoruyur”. 

Kiçik xəbər qızğın müzakirələrə səbəb olub. Rusiya texnikasına şübhə ilə yanaşan bolqar oxucuları yazırlar: “Bu sülhsevərlər hələ oynayıb doymayıblar! Paltaryuyan maşın düzəldə bilmirlər, döyüş robotlarını isə – buyurun, can-başla!”, “Köhnə sovet lətifəsi yadıma düşdü: o nədir ki, saatda 100 litr yandırır, hər 10 dəqiqədən bir xarab olur və almanı 3 hissəyə bölür. Cavab: almanı 4 yerə bölmək üçün rus maşını”. “Rus robotundan dəhşətlisi ancaq onun kefli ekipajı ola bilər”

Məqalənin orijinalı:  Русия обяви първите военни учения с хора и бойни роботи