Azərbaycanın sözünün və səsinin peşəkarcasına yayılmasına dəstək olaraq, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond milli medianın inkişafı, jurnalistlərin həvəsləndirilməsi və istedadlı mütəxəssislərin tanıdılması məqsədilə “İLİN JURNALİSTİ” nominasiyası üzrə müsabiqə elan edir. 

Müsabiqəyə bu müsabiqə elan olunan günədək son 1 ildə yayımlanmış və ya dərc olunmuş materiallar təqdim edilir. 

Müsabiqədə kütləvi informasiya vasitələrində çalışan və müstəqil fəaliyyət göstərən jurnalistlər, reportyorlar, rejissorlar, operatorlar, fotoqraflar, aparıcılar iştirak edə bilərlər. 

Müsabiqəyə müraciət forması: sənədlər və materiallar Çingiz Mustafayev adına Fonda təqdim edilməlidir. 

Müsabiqədə hər nominasiya üçün bir yer və bir mükafat nəzərdə tutulub:

  1. a. İlin Ən Yaxşı Videoreportyoru (televiziyada)
  2. b. İlin Ən Yaxşı Videoreportyoru (sosial mediada)
  3. İlin Ən Yaxşı Televiziya Filmi 
  4. İlin Ən Yaxşı Audioreportyoru
  5. a. İlin Ən Yaxşı Jurnalist Məqaləsi (çap KİV-də)
  6. b. İlin Ən Yaxşı Jurnalist Məqaləsi (sosial mediada)
  7. İlin Ən Yaxşı Operatoru
  8. İlin Ən Yaxşı Fotoqrafı
  9. a. İlin Ən Yaxşı TV Aparıcısı (qadın)
  10. b. İlin Ən Yaxşı TV Aparıcısı (kişi)

Münsiflər heyətinin tərkibi: Mais Məmmədov, Vahid Mustafayev, Reza Diqqəti, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Vasif Babayev, Sevda Həsənova, Lev Əsgərov, Seyfulla Mustafayev, Şəfiqə Məmmədova, Fəxrəddin Manafov, Yuri Varnovski.

Hər bir mükafat üçün 1000 (bir min) manat nəzərdə tutulub. Bundan əlavə, dəqiq mexanizmlər istehsalçısı olan “VMF Natural Frequencies” fabrikinin xüsusi olaraq tədbir üçün hazırlanmış xatirə saatları da təqdim olunacaq.

Müsabiqənin şərtləri:

  1. Müsabiqəyə yalnız elan olunmuş nominasiyalara dair materiallar qəbul ediləcək.
  2. Müsabiqəyə materialların qəbuluna dair son tarix 20 avqust 2021-ci ildir.

İşləri təqdim etmək üçün materiallar wetransfer.com-la yüklənə bilər, həmçinin istənilən daşıyıcıda verilə bilər. Formatlar: Mp4, Mp3, WAV, Jpg. E-mail ünvanı: [email protected]

Təqdimat məktubunda nominant təqdim edən tərəflə əlaqə üçün məlumatlar yerləşdirməlidir:

  1. Adı, Soyadı
  2. Yaşadığı ünvan
  3. Ev və ya iş telefonu 
  4. Mobil telefonu (whatsapp və ya telegrama çıxışı olan)
  5. E-mail ünvanı

Qaliblər Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günündə – 29 avqust 2021-ci il tarixdə elan ediləcəklər. 

Əlaqə telefonu: (012) 345 45 08, (051) 206 42 70.