İtaliyada koronavirusun vaksinlərin effektsiz olduğu mutasiyası – “Nigeriya ştammı” aşkar edilib.

TASS xəbər verir ki, bu barədə İtaliyanın Virusoloqlar Cəmiyyətinin prezidenti və Mikrobioloji Laboratoriyasının direktoru Arnaldo Karuzo bildirib.

“İtaliyada ilk dəfə vaksinlərin effektsiz ola biləcəyi mutasiyalı ştammını müəyyənləşdirdik”, – Karuzo deyib.

Mutasiya Breşiya şəhərinin şimal rayonunda aşkarlanıb.

Qeyd edək ki, İtaliyada koronavirusa 2,9 milyon yoluxma qeydə alınıb. Bununla yanaşı, virusa yoluxmuş 2,4 milyon nəfər sağalıb. Avropanın bu ölkəsində demək olar, 100 min insan təhlükəli infeksiyanın qurbanı olub.(Report)