Birləşmiş Ərəb Əmirliklərin (BƏƏ) hökuməti 38 fiziki və 15 hüquqi şəxsi terrorçular siyahısına daxil edib.

APA xəbər verir ki, bu barədə “WAM” agentliyi məlumat yayıb.

Hökumətin qərarında deyilib ki, BƏƏ terrorçuluğu və əlaqəli fəaliyyətləri maliyyələşdirən şəbəkələri müəyyən etmək və aradan qaldırmaq öhdəçiliyindədir.

Siyahıya xüsusilə Əfqanıstan, İraq, İran, Livan, Yəmən, İordaniya, Hindistan, Səudiyyə Ərəbistanı, Suriya, Nigeriya, Böyük Britaniya vətəndaşları daxil edilib. Rusiyalı İmad Hallak Kantakjinin də adı onların arasındadır.