Turan: 1 saylı İstintaq Təcridxanasında saxlanılan Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin üzvü Fuad Qəhrəmanlı haqqında iki həftədən çoxdur heç bir məlumat yoxdur. Bu barədə onun ailə üzvləri məlumat veriblər.

“Sonuncu dəfə o, sentyabrın 1-də evə zəng edib və geyim, sakitləşdirici dərmanlar, qanda şəkəri ölçmək üçün aparat və yemək istəyib”, deyə ailə üzvləri Turan-a bildiriblər.

Qəhrəmanlının vəziyyəti naməlum olaraq qalır. İyulun 23-də o, həbs edildikdən sonra hüquq müafiəçiləri onun amansız işgəncələrə məruz qaldığını bildiriblər. Daha sonra Qəhrəmanlı qohumlarının təqibi ilə təhdid edilərək, vəkilindən imtina etməyə məcbur edilib.

Penitensiar Xidmətdən şərh almaq mümkün deyil. Yaxınları onunla görüşə bilmirlər, dövlətin təyin etdiyi vəkilə isə etibar etmirlər.

Xatırladaq ki, hakimiyyət Qəhrəmanlını və onlarla digər AXCP üzvünü 14-15 iyul yürüşünü təşkil etməkdə və iğtişaşlarda ittiham edib. Onlardan 17 nəfərə qarşı iğtişaşların təşkili, hakimiyyəti ələ keçirməyə cəhd, polisə müqavimət və s. haqqında cinayət işləri açılıb. 15 nəfər isə inzibati qaydada həbs edilib.

Mənbə