Turan: Sentyabrın 15-də Azərbaycandan olan bir qrup siyasi mühacir Avropa İnsan Hüquqları Məhkəməsinin qarşısında Tofiq  Yaqubluya dəstək aksiyası keçirib.

Siyasi mühacirlər T.Yaqublunu dəstəkləyən şüarlar və onun portretlərini qaldırıblar. Sonra onlar Azərbaycanın Avropa Şurasındakı nümayəndəliyinə doğru yürüş ediblər. Orada saxta ittihamlarla mühakimə olunmuş müxalifətiçinin azad edilməsi tələbilə şüarlar səsləndirilib.

Aksiyanın təşkilatçısı, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid Turan-a bildirib ki, bu cür aksiyalar mütəmadi olaraq keçiriləcək.

Mənbə