Vəkil Bəhruz Bayramov Bakı İstintaq Təcridxanasında saxlanılan AXCP funksioneri Fuad Qəhrəmanlı ilə görüşüb.

Bu barədə vəkilin özü açıqlama verib.

Bayramov bildirib ki, Fuad Qəhrəmanlı ilə görüşü qısa çəkib:

“Gəldiyim üçün mənə təşəkkür etdi. Bildirdi ki, indiki məqamda xidmətimdən imtina edir. Onu da əlavə etdi ki, istintaqda ona qarşı irəli sürülən heç bir ittihamı qəbul etmir və hər hansı etirafedici ifadələr verməyib. Həmçinin, dostlarına salam göndərməyimi xahiş etdi. Görüşümüz qısa çəkdiyi üçün detallı müzakirə apara bilmədik. Məndən imtina etdiyi üçün söhbətimizi davam etdirə bilmədik”.

Turqut