Ukrayna parlamenti Türkiyə ilə hərbi razılaşmanı təsdiq edib
19 Noyabr 2021
Ukrayna Ali Radası Ukrayna və Türkiyə hökumətləri arasında hərbi əməkdaşlıq haqqında çərçivə sazişini təsdiq edib.
Sənəd parlamentin ötən gün keçirilən iclasında təsdiqlənib. Sənədin təsdiqlənməsini 450 deputatdan 303-ü dəstəkləyib.
Sənəd Ukrayna və Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişafını, o cümlədən şəxsi heyət, material, texnika, məlumat və təcrübə mübadiləsini nəzərdə tutur.
Qeyd edək ki, razılaşma Ukrayna Prezidenti Volodimir Zelenskinin 2020-ci ilin oktyabrında Türkiyəyə rəsmi səfəri zamanı əldə edilib.(Trend)