Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Evdə tək 2" filminin ulduzu Tim Karri vəfat edib

"Evdə tək 2", "Rokki Horrorun film şousu" və "O" kimi film və seriallardakı rolları ilə tanınan britaniyalı aktyor Tim Karri 80 yaşında vəfat edib.

“Variety” xəbər verir ki, bu barədə aktyorun meneceri bildirib.

Qeyd olunub ki, Karri insultdan sonra Los-Ancelesdə dünyasını dəyişib. O, son vaxtlar əlil arabasında hərəkət edirdi.

Onun ən məşhur rolları arasında "Rokki Horrorun film şousu"nda doktor Frenk-n-Ferter, 1990-cı ilin "O" mini-serialında kloun Pennivayz və "Evdə tək 2" komediyasında hotel qapıçısı rolları yer alır.