Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bir həftə sonra: Azərbaycan Gürcüstan sərhəddində sıxlıq aradan qaldırılıb

Azərbaycan-Gürcüstan sərhədində bir həftədən çoxdur davam edən növbənin aradan qaldırıldığı bildirilir.

Bu barədə avqustun 26-də Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamət üzrə nəqliyyat vasitələrinin sıxlığı aradan qalxıb, növbələr minimuma enib.

“Hazırda Azərbaycandan çıxış istiqamətində “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində 330, “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir”,DGK vurğulayır.