Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 157-yə çatıb
27 Avqust 2026
Rasuva rayonunda güclü daşqın nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb, 41 nəfər xəsarət alıb.
“Ratopati” xəbər verir ki, bu barədə polisin son hesabatında bildirilir.
Məlumata görə, ən çox ölüm halı Çitvandadır, orada 64 cəsəd aşkarlanıb, Dhadinq rayonunda 27 nəfər, Navalparasidə isə 22 nəfər ölüb. Xəstəxanalara 41 nəfər çatdırılıb.
Nepal Turizm Nazirliyinin məlumatına görə, təxminən 403 turist itkin düşüb, onlardan 341-i əcnəbidir.
Axtarış-xilasetmə əməliyyatında 3,3 min polis əməkdaşı iştirak edir.
18:35
Nepalda daşqın nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Turizm Nazirliyinin məlumatına görə, 341 xarici vətəndaş itkin düşmüş hesab olunur.
18:31
Nepalda Bxote-Koşi çayında baş verən güclü daşqın nəticəsində 72 nəfər ölüb.
Bu barədə "Xinhua" agentliyinə Nepal polisinin mətbuat katibi Abi Narayan Kafle bildirib.
Onun sözlərinə görə, yaralanan 41 nəfər müxtəlif xəstəxanalarda müalicə alır.
15:42
Nepalın dağlıq Rasuva rayonunda Bxote-koşi çayında suyun səviyyəsinin qalxması səbəbindən baş vermiş güclü daşqın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Bu barədə BBC polis məlumatlarına istinadən bildirib.
Nepal Turizm İdarəsi bildirib ki, daşqından zərər çəkmiş rayonda olan 291 turistin və bələdçilər də daxil olmaqla 93 Nepal vətəndaşının yerinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.
Onların arasında Böyük Britaniya və digər ölkələrdən olan 12 səyahətçi də var.
15:25
Nepalın Rasuva rayonunda qəfil güclü daşqınlar nəticəsində 9 nəfər ölüb, 400-dən çox insan itkin düşmüş hesab olunur.
Bu barədə "Hindustan Times" məlumat yayıb.
"İtkin düşənlər arasındakı 105 nəfər yerli sakindir", - nəşr qeyd edib.
Həmçinin bildirilib ki, su elektrik stansiyasında çalışan azı 8 cənubi koreyalı fəhlə itkin düşüb, daha 10 nəfər isə genişmiqyaslı qəfil daşqın nəticəsində mühasirədə qalıb. Nepal hakimiyyəti onların təxliyəsi üçün helikopter göndərib.