Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ankarada yaşayış binasında partlayış olub, ölənlər var

Türkiyənin paytaxtı Ankara şəhərində 3 mərtəbəli yaşayış binasında partlayış baş verib.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, partlayışa səbəb qaz sızması olub. Binanın bir hissəsi çöküb.

Bildirilir ki, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.