Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski gözlənilmədən Kupyansk şəhərinə gedib - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Kupyansk şəhərindən video paylaşıb və bu istiqamətdə mövqelərin qorunduğunu bildirib.

Video onun teleqram kanalında paylaşılıb.

Zelenskinin sözlərinə görə, Rusiya tərəfinin Kupyanskın ələ keçirilməsi ilə bağlı iddialarına baxmayaraq, bu məlumat həqiqətə uyğun deyil.

"Bu gün Kupyansk istiqamətində əsgərlərimiz Ukrayna üçün nəticələr əldə edirlər. Rusiya tərəfi Kupyansk (ələ keçirilməsi) barədə danışırdı. Biz (bunun belə olmadığını) görürük", - Ukrayna Prezidenti vurğulayıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov hələ noyabrın 20-də prezident Vladimir Putinə Kupyanskın ələ keçirildiyini məruzə etmişdi. Daha sonra Putin özü bir neçə dəfə Kupyanskın ələ keçirildiyini iddia edərək, bunu danışıqlarda Ukrayna və ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə etmişdi. 

İndi isə məlum olur ki, Putin və Gerasimovun bəyanatı dünya ictimaiyyəti və Rusiya əhalisini çaşdırmağa yönəlibmiş.