Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
27 Oktyabr 2026
"Münaqişəyə son qoymaq üçün Ukrayna kompromisə getməli, rusdilli əhalinin yaşadığı bölgələrdən və NATO-ya daxil olmaq fikrindən vaz keçməlidir".
Bu fikri Böyük Britaniyanın "The Times" nəşrinin köşə yazarı Metyu Perris irəli sürüb.
Onun sözlərinə görə, Ukrayna Krıma və "əhalisinin əksəriyyəti rus dilində danışan şərq regionlarına" dair iddialarından geri çəkilməlidir. Perris vurğulayıb ki, Moskvanın bu məsələdəki mövqeyini nəzərə alaraq, Kiyev NATO-ya üzv olmağa da can atmamalıdır. Jurnalist qeyd edib ki, bunun əvəzində Ukrayna Avropa İttifaqına daxil ola bilər. O, Ukraynanın təhlükəsizlik qarantiyası kimi ölkə ərazisində Avropa, ABŞ və beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif edib.
Perris Kiyevin ərazi məsələsində heç bir kompromisə getməməli olduğunu iddia edən Britaniya və Ukrayna siyasətçilərinin, eləcə də ekspertlərinin mövqeyini qeyri-real adlandırıb. O diqqətə çatdırıb ki, belə bir yanaşma Ukrayna üçün humanitar fəlakətə gətirib çıxaracaq və Avropa dövlətlərinin iqtisadi resurslarını tükədəcək.