Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Kiyevə raket zərbəsi endirib, ölən və yaralananlar var

Rusiya ordusu oktyabrın 26-ı axşam saatlarında Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.

Bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, Desnyanski rayonunda metro stansiyalarından birinin yaxınlığına zərbə endirilib, avtomobil yanıb. Hücum zamanı hadisə yerinə gedən təcili tibbi yardım briqadası da atəşə məruz qalıb.

Dnepr rayonunda isə iki tibb müəssisəsinə ziyan dəyib. Partlayış dalğası reanimasiya şöbəsinin və digər bölmələrin pəncərələrini sındırıb. İlkin məlumata görə, tibb müəssisələrində xəstələr və tibb işçiləri arasında xəsarət alan olmayıb.

Kliçko hücum nəticəsində bir nəfərin öldüyünü bildirib. Onun sözlərinə görə, Dnepr rayonunda qeyri-yaşayış sahəsində yerləşən binaya zərbə endirilib və yaxınlıqdakı supermarketin ətrafında meyit aşkarlanıb.