Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycana girişinə qadağa qoyulan Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

“Köklü Değişim Medya”nın İstanbul təmsilçisi Muhammed Emin Yıldırım İstanbul polisi tərəfindən saxlanılıb.

Bu barədə media şirkəti “X” hesabında məlumat yayıb.

Bildirilib ki, Muhammed Emin Yıldırım sosial şəbəkə paylaşımları əsas gətirilərək İstanbul Polis İdarəsi tərəfindən saxlanılıb.

Media şirkəti onun vəkilinin iştirakı ilə prosesin izlənildiyini bildirib.

Qeyd edək ki, Muhammed Emin Yıldırım Xarici İşlər Nazirliyinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyi Türkiyənin 31 vətəndaşından biridir.