Zelenski gələn həftə Trampın nümayəndələri ilə görüşəcək
14 Dekabr 2025
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin nizamlanması ilə bağlı gələn həftə ABŞ və Avropadan olan müttəfiqlərlə bir sıra görüşlərin keçiriləcəyini deyib.
Zelenski bu barədə öz teleqram kanalında yazıb.
"Hazırda ABŞ və avropalı müttəfiqlərlə görüşlərə hazırlıq gedir, mühüm hadisələr olacaq. Sülh, müharibənin dayandırılması istiqamətində siyasi razılaşmalar müzakirə olunacaq. İndi yaxşı fürsət yaranıb. Ukrayna üçün sülhə zəmanət verilməlidir. Rusiyanın üçüncü dəfə Ukraynaya hərbi müdaxiləsi olmamalıdır. Berlində bu günlərdə sülh razılaşmasını normal vəziyyətə gətirə biləcək insanlarla fəal və konstruktiv iş aparacağıq", - Zelenski bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, ABŞ və Avropa İttifaqının rəsmilər ilə Ukraynanın müharibədən sonrakı bərpası da müzakirə predmetidir.