Zelenski danışıqlar üçün yeganə şərtini açıqladı
19 Avqust 2022
“Rusiya ilə dialoq yalnız işğalçı qüvvələrin Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkündür”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşlə üçtərəfli görüşdən sonra deyib.
Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, bugünkü görüşdə Ukrayna tərəfi münaqişəni dayandırmaq üçün güzəştə getməyə məcbur edilməyib.
O əlavə edib ki, bir çox məsələlərin diplomatik həlli Zelenski, Ərdoğan və Quterreşin qərarlarından asılıdır.