Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: ABŞ-la danışıqlar asan olmadı

ABŞ nümayəndə heyəti ilə aparılan danışıqlar məhsuldar, lakin asan olmayan prosesdir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən biznes forumda çıxışı zamanı bildirib.

Ukrayna Prezidenti bildirib ki, ötən gün və bu gün ABŞ tərəfi ilə məsləhətləşmələr aparılıb və bu dialoq son dərəcə vacib olub.

Zelenski deyib ki, bu cür danışıqlar həmişə çətin keçir və müzakirələr zamanı çoxsaylı detallar nəzərdən keçirilib.

Ukrayna prezidenti onu da əlavə edib ki, tərəflər maddə-maddə irəliləyir və növbəti addımları müəyyənləşdirirlər.

Ukrayna mediasının məlumatına görə, Berlində ABŞ və Ukrayna rəsmiləri arasında danışıqlar davam edir, lakin Zelenski artıq bu danışıqlarda iştirak etmir.