Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zabitləri ilə kef məclisi quran erməni polkovnik həbs edilib

Ermənistanın Müdafiə Nazirliyinin polkovniki S.A həbs edilib.

Ermənistan mətbuatının yazdığına görə, S.A. 2020-ci ildə işğal altında olan ərazilərdə müdafiə bölmələrindən birinin komandiri olub.

Təhqiqat zamanı müəyyən edilib ki, 2019-cu ilin noyabr ayından 2020-ci il noyabrın 4-dək orduda yüksək rütbəli vəzifə tutan polkovnik S.A-nın nizamnamə və qaydaları pozması müəyyən edilib. Belə ki, o, 2020-ci ilin sentyabrında 100-ə yaxın zabitin iştirakı ilə əyləncə, ziyafət təşkil edib.

Eyni zamanda qeyd edilir ki, məhz onun fəaliyyətsizliyi səbəbindən əsgərlər ikinci Qarabağ müharibəsi zamanı döyüş mövqelərindən qaçıb.

Polkovnik S.A. “döyüş növbətçiliyi qaydalarını pozma” və digər maddələrlə ittiham olunur.

Hazırda təhqiqat davam edir.