Yəmən ordusu irəliləyir, husilərin 300 hədəfi vurulub
05 Oktyabr 2026
Yəmənin hökumət qüvvələri Bab-əl-Məndəb boğazı yaxınlığında Zubab rayonunu husilərdən geri alıb.
Bu barədə Yəmən ordusu məlumat yayıb.
Bildirilib ki, bununla da Bəb-əl-Məndəbə gedən təminat yolları husilər üçün bağlanıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya isə Yəməndə husilərin 300-dən çox mühüm hədəfini vurub.
Bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
"Biz qurudakı Yəmən silahlı qüvvələrinə gecə-gündüz hava dəstəyi göstəririk", - koalisiyanın birləşmiş qüvvələrinin nümayəndəsi, general-mayor Türki əl-Maliki "X" telekanalının efirində bildirib.
"Hərəkət edən hədəflərlə iş davam edir", - deyən hərbçi bu gün səhər 100-dən çox qırıcının "Yəmən şəfəqi" əməliyyatında iştirak etdiyini əlavə edib.