Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xerson vilayətinin azad edilməsi əməliyyatı başlayıb

“Ukrayna ordusu Xerson vilayətinin Rusiya qoşunlarından azad olunması əməliyyatına başlayıb”.

“Strana” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Dnepr çayının qərb sahilində silah-sursat anbarından, eləcə də əlaqədən məhrum etmək niyyətindədir: “Rusiyalı hərbçilərin üç seçimi var: mümkün olduğu təqdirdə geri çəkilmək, təslim olmaq və yaxud məhv edilmək”.

Xatırladaq ki, Rusiya ordusu Ukraynaya qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyat zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib.