Logo
news content
User
Kateqoriyalar

Xəbər

Valyutası ölüm ayağında olan ölkənin XİN rəhbəri: "Dollar etibarlı valyuta deyil"

“Daha çox ölkə ABŞ dollarının etibarlı valyuta olmadığını anlamağa başlayıb”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə dolların “şıltaq davranışı” demək olar ki, hər kəs tərəfindən hiss olunacaq: “Monetar məsələlər üzrə ekspert olmadığım üçün deyə bilərəm ki, bir çox dövlətlər dolların etibarsız olması ilə bağlı açıq hisslər keçirir”.