Logo
news content
User
Kateqoriyalar

Xəbər

ÜST koronavirusla bağlı payız proqnozunu açıqladı

Avropada bir neçə həftə ərzində koronavirusa yoluxma hallarının sayı 250 milyona (pandemiyanın başlanğıcından bəri) çatacaq.

Bu barədə ÜST-ün Avropa Regional Bürosunun rəhbəri Hans Klüge proqnoz verib.

O, payızda yoluxmalarda yeni artım gözlənildiyini bildirib.

“Biz pandemiya ilə mübarizədə böyük nailiyyətlər əldə etdik. Lakin virus hələ də yayılmaqdadır, yenə də insanlar ona görə xəstəxanalara düşür, ölürlər - təkcə son bir həftədə təxminən 3 000. Bu, dünyada qeydə alınan ümumi rəqəmin təxminən üçdəbirini təşkil edir”, - deyə o əlavə edib.

Klüge əksər ölkələrin, o cümlədən aşağı və orta gəlirli ölkələrin vaksinasiyaya davam etməsinə baxmayaraq Avropanın bir çox yerlərində milyonlarla insanın peyvənd olunmamış qaldığını vurğulayıb.

O, həmçinin ölkələri imkan təqdirində qrip peyvəndini COVID-19 peyvəndi ilə birlikdə tətbiq etməyə çağırıb.