Logo
news content
User
Kateqoriyalar

Xəbər

ÜST: Koronavirusa yoluxma və ölüm halları azalıb

“Dünyada bir həftə ərzində COVID-19-a yoluxma halları 9 %, ölüm halları isə 15 % azalıb”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

ÜST-ün məlumatına əsasən, avqustun 15-dən 21-dək koronavirusa yoluxma halları altı regionda da azalıb: “Ən çox azalma Afrika (25 %), Avropa (20 %) və Amerikada (18 %) qeydə alınıb”.

ÜST bəyan edib ki, bir həftə ərzində dünyada 5,3 milyondan çox yoluxma halı qeydə alınıb.

COVID-19-dan ölüm halları Afrika və Qərbi Sakit Okean istisna olmaqla, bütün regionlarda azalıb.

Ümumilikdə, bir həftə ərzində dünyada 14 min insan COVID-19 virusundan ölüb.