Logo
news content
User
Kateqoriyalar

Xəbər

Un və çörəyin qiyməti rəsmi olaraq bahalaşdı

Azərbaycanda unun və çörəyin qiyməti rəsmi olaraq bahalaşıb.

Bu barədə Azərbaycanın iri un və çörək istehsalçılarının yaydığı birgə məlumatda bildirilir.

Bəyanatda qeyd edilir ki, bahalaşmaya pandemiyanın yaratdığı çətinliklər və son zamanlar dünya iqtisadiyyatında yaranan böhran səbəb olub. Un və çörək istehsalçıları Azərbaycanın idxalçı ölkə olduğunu və böyük bahalaşmanın bizdən də yan keçmədiyini qeyd edirlər.

Bundan sonra yeni qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat.

Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək", - deyə məlumatda qeyd olunub.