Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna tərəfində döyüşən “Rusiya Könüllülər Korpusu”nun lideri həlak olub

Ukraynanın tərəfində Rusiyaya qarşı döyüşən “Rusiya Könüllülər Korpusu”nun lideri Denis Kapustin öldürülüb.

Kapustinin Zaporojye vilayətində PUA zərbəsi nəticəsində həlak olduğu bildirilib.

Qeyd edək ki, Kapustin 2023-cü ilin yazında Rusiyanın Kursk və Bryansk vilayətlərinə hücumların təşkilatçılarından biri olub. Onun barəsində Ukrayna Silahlı Qüvvələrinin tərəfinə keçmək ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb. Daha sonra hərbi məhkəmə onu xəyanət və terrorizmə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.

"Rusiya Könüllülər Korpusu" Rusiya Federasiyasında qadağan edilib və terror təşkilatı kimi tanınır.