Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rusiya ərazisini vura bilər

“Ukrayna hərbçiləri Rusiya ərazisində yerləşən və ərazimizin atəşə tutulduğu obyektlərə zərbələr endirə bilər”.

“RBC-Ukrayna” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Əgər zərurət yaranarsa, həmin obyektlər vurulacaq. Prezidentin açıqlamaları da həmin ərazilərlə bağlı cavab verəcəyimizi təsdiqləyir. Ölkəmizə raketlərdən, təyyarələrdən və ya gəmilərdən atılan bütün atışlardan xəbərimiz var”, Danilov qeyd edib.

Eyni zamanda o əlavə edib ki, Ukrayna Rusiya hərbçilərinin əraziləri haradan atəşə tutduğunu bilir.