Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu Xersonda hücuma başladı - Rusların birinci müdafiə xətti yarıldı

Ukrayna ordusu Xerson vilayətinin azad edilməsi əməliyyatına başlayıb. Artıq Rusiya silahlılarının Xerson vilayəti yaxınlığındakı birinci müdafiə xətti yarılıb.

Bu barədə Ukraynanın "Kaxovka" xüsusi əməliyyat qrupuna məlumat yayıb.

Qeyd olunub ki, qondarma "Donetsk Xalq Respublikasının" 109-cu polku müdafiə xəttindən geri çəkilmək məcburiyyətində qalıb. Onlara dəstək olan rus desantçıları isə döyüş müydanından qaçıblar.

Hazırda Ukrayna ordusunun Xersondakı Rusiya qoşunlarına məxsus ən müxtəlif hərbi obyektləri artilleriya və aviasiya vasitəsilə atəşə tutduğu, Rusiyanın ciddi itkilər verdiyi bildirilir.