Ukrayna Almaniyadan daha iki "Patriot" HHM sistemi alıb
02 Yanvar 2026
Ukrayna Almaniyadan iki yeni "Patriot" hava hücumundan müdafiə (HHM) kompleksini alıb.
Ukrayna Müdafiə Nazirliyi bu barədə öz "Telegram" kanalında məlumat paylaşıb.
Qeyd olunur ki, buna Almaniya hökuməti ilə əldə edilən razılaşmalar sayəsində nail olunub.
Bildirilir ki, hava hücumundan müdafiə kompleksi Ukrayna şəhərlərinin və kritik infrastrukturun müdafiəsində istifadə olunacaq.