Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə Zəfər bayramı qeyd olunur - Azərbaycanlı QHT sədri Ərdoğanla görüşdü

Bu gün Türkiyədə Zəfər bayramı qeyd olunur. Türkiyə Cümhuriyyətinin Ali Baş Komandanı, Prezident Rəcəb Tayyib Ərdoğan 100 illik münasibətlə keçirilən tədbirlərdə iştirak edir.

Türkiyə Muharib Qazilər Birliyinin dəvəti ilə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri  Emin Həsənli də Qardaş respublikada keçirilən bayram tədbirlərində iştirak edir.

Türkiyə  Cümhuriyyətinin Prezidenti ilə görüşdə  iştirak edən Emin Həsənli  bir neçə hərbi hissədə keçirilən tədbirlərə də qatılıb.

Emin Həsənli bildirib ki, Türkiyə Prezidenti çıxışı zamanı çox böyük mesajlar verib, Türkiyənin tarixi və gələcəyi haqqında danışıb.

“Türkiyənin dörd tərəfi bayram edir. Kütahya şəhərində olmağımla  qürur duydum. Savaşın getdiyi ən qaynar nöqtə bura olub. Türkiyə tarixində 30 avqustun müstəsna əhəmiyyəti vardır. 1922- ci ildə qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk qoşunları böyük qələbə əldə edərək,  yunan ordusunun üzərində böyük qələbə əldə etdi. Bununla yanaşı, Türkiyənin İstiqlal savaşının taleyini həll etdi.  9 sentyabrda  İzmirin azad edilməsilə  bütünlükdə  Türkiyə ərazisi azad edildi”.

Emin Həsənli 1919-cu il  19 may tarixindən davam edən bu savaş Türkiyənin, Mustafa Kamal Atatürkün qələbəsilə yekunlaşan bu mübarizənin yekunu kimi Türkiyə Cümhuriyyəti yaradıldığını və bunun dünyanın ən güclü dövlətləri ilə savaşda əldə olduğunu yada salıb.

“Atatürk bir neçə silahdaşının komandanlığı ilə  mübarizəyə başladı və qələbə qazandı. Bu tarixi bir hadisədir. Qandi bu qələbə ilə bağlı “Bu savaşda Türkiyənin qələbəsindən sonra anladıq ki, ingilislər Allah deyil”,- fikrini söyləmişdi. Türkiyə Cümhuriyyətin yaranmasının tarixdə çox böyük əhəmiyyəti vardır. Əsrlər boyu türklər müstəqil yaşayıblar. Türkiyə Cümhuriyyətinin yaranmasında Azərbaycan türklərinin də böyük rolu olub. Mustafa Kamal Atatürk Nəriman Nərimanova, “Borcunuzu necə qaytaracağıq?”,- deyə bir məktub ünvanlayır. Nərimanov isə “Qardaş qardaşın əlindən tutar. Qardaş qardaşa borc verməz”, - cavabını yazır”.

İstiqlal savaşında Bakı milyonçularının, neft maqnatlarının və Azərbaycan dövlətinin Türkiyəyə  böyük dəstəyini yada salan Emin Həsənli Azərbaycan türklərinin də  bu savaşda iştirak etdiyini unutmamağı tövsiyə edir: “Çanaqallada,  Azərbaycan Xalq Cümhuruyyətininn yaranmasında bir olduğumuz kimi burda da birlikdə olduq”.

“Türkiyə- Azərbaycan qardaşlığı daimidir, əbədidir. Ulu Öndər Heydər Əliyev bizi bir millət, iki dövlət adlandırıb. Türkiyənin ən ağır  günlərində Azərbaycan onun yanında olub.  Azərbaycanın ən ağır günlərində qardaş Türkiyə yanımızda olub.  Qardaş Türkiyə Prezidenti başda olmaqla 84 milyonluq Türkiyə 44 günlük müharibə zamanı Azərbaycanın yanında oldu və mənəvi- siyasi dəstək verdi. Azərbaycan Ordusunun yaranmasında Türkiyənin böyük rolu var. Azərbaycanın nefti, qazı Türkiyə üzərindən dünya bazarına çıxır.  Cənab Prezident İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığına böyük önəm verir .

Şuşa bəyannaməsinin imzalanması  da  onu göstərdi ki, əlaqələrimiz yüksək səviyyədədir və bu da yüksələn xətlə davam edəcək.