Türkiyədə İŞİD-ə qarşı əməliyyatda 350-dən çox şübhəli saxlanılıb
30 Dekabr 2025
Türkiyənin İstanbul və Ankara şəhərləri də daxil olmaqla, 21 vilayət və şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, keçirilən əməliyyatlar nəticəsində 357 İŞİD şübhəlisi saxlanılıb.
Məlumata görə, İstanbulda tutulmuş şəxslərin arasında Yalovada 3 polisi qətlə yetirən terrorçularla əlaqəli olanlar da var.