Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə İŞİD-ə qarşı əməliyyatda 3 polis əməkdaşı şəhid olub, 6 terrorçu zərərsizləşdirilib

Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub.

Onun sözlərinə görə, 8 polis əməkdaşı və bir mühafizəçi yaralanıb, 6 terrorçu zərərsizləşdirilib.

Vilayət Polis İdarəsinin qrupları şəhər mərkəzinə yaxın, Elmalık kəndinə gedən yolda yerləşən bir evdə İŞİD-ə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı polislə qruplaşma üzvləri arasında atışma olub. Bursadan göndərilən xüsusi təyinatlı polis dəstələri İŞİD üzvlərini məhv ediblər.

Yaralanan polislərin vəziyyəti yaxşıdır.