Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb - FOTO - YENİLƏNİB

Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qəzadan sonra Mardinə gedən daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının artdığını açıqlayıb. "Hadisə bütün təfərrüatları ilə araşdırılır, bütün ehtimallar dəyərləndiriləcək", - Soylu bildirib.

Qeyd edək ki, qəza bir neçə avtomobilin, o cümlədən yük maşınının toqquşması ilə baş verib.



***

Türkiyənin Qaziantep əyalətində ağır zəncirvari qəza baş verib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, Qaziantep-Nizip avtomobil yolunda bir avtobus xilasedici, təcili tibbi yardım və ”İhlas” Xəbər Agentliyinin maşınına çırpılıb.

Hadisə nəticəsində 3-ü xilasedici, 2-si tibb işçisi və 2-si mətbuat işçisi olmaqla, 15 nəfər həlak olub.